İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb

27.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44, 70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-Pri Finalında bürünc medal qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, paralimpiyaçı 1/4 final mərhələsində qazaxıstanlı Askar Dinmukhammed ilə dueldən qalib ayrılıb.

O, yarımfinalda meksikalı Juan Duego Garcia Lopezə məğlub olub.

Üçüncü yer uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveira döyüşə çıxmadığından İmaməddin Xəlilov yarışın bürünc mükafatına sahib çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью