İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib

04.12.2024

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Azərbaycan paralimpiya çempionu İmaməddin Xəlilov Dünya Taekvondosu tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.

Apasport.az xəbər verir ki, o, il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanıb.

Xəlilov paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. K44 kateqoriyasında çıxış edən paralimpiyaçı, həmçinin 70 kq-da dünya reytinqinin lideridir.

Ona mükafat Honkonqda keçirilən Qala gecəsində təqdim olunub.

Qeyd edək ki, Xəlilov bu ada Dünya Taekvondosunun Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.

Taekvondoçularımız Albaniyada 5 medal qazanıblar Taekvondoçumuz Avropa çempionu olub Fəridə Əzizova məşqçi təyin olunub Ayxan Tağızadə Azərbaycan millisində Paralimpiya çempionumuz master klass keçib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью