İmamoğlu 15 gün öncə Ərdoğana nələr demişdi? Video

23.03.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi onun 8 martda İzmirdəki çıxışını gündəmə gətirib.

Axar.az xəbər verir ki, CHP-nin prezidentliyə namizədini müəyyənləşdirmək üçün təyin etdiyi 23 mart partiyadaxili ilkin seçkilərindən öncə Əkrəm İmamoğlu artıq təbliğata başlamışdı və İzmirdə böyük görüş keçirmişdi.

İzmirdəki görüşdə CHP-çilər önündə çıxış edən Əkrəm İmamoğlu Türkiyə Prezidenti Ərdoğana rəsmən meydan oxumuşdu.

Bu meydanoxumadan 11 gün sonra – 19 martda Ə.İmamoğlu həbs edildi. Ona qarşı korrupsiya və terror təşkilatı ilə əlaqə ittihamı irəli sürülüb.

Sözügedən çıxışdan məşhur parçanı təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью