İmamoğlu barəsində daha bir araşdırma başladıldı

24.02.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində bakalavr diplomunun saxta olması iddiaları əsasında daha bir araşdırma başladılıb.

Gununsesi.info “Hürriyet”ə istinadən xəbər verir ki, İmamoğlu məsələ ilə bağlı martın 5-də ifadə verəcək.

Xatırladaq ki, İstanbulun meri barəsində bundan əvvəl iki araşdırma başladılıb. O, bir müddət əvvəl televiziya proqramında iştirak edərkən İstanbulun baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə “hədə” və “terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə” ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir.

İmamoğlunun Akın Gürlek və ailəsi ilə bağlı dediyi ifadələrə görə həbsi tələb olunub. Belə ki, bununla bağlı İstanbul Cümhuriyyət  Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən ittiham aktı hazırlanıb. Akta əsasən, İmamoğlunun 2 il 8 aydan 7 il 4 aya qədər həbs edilməsi istənilir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью