İmamoğlu: İqtidar başını itirib

04.11.2024

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Daxili İşlər Nazirliyi tərəfindən Batman, Mardin və Halfeti bələdiyyələrinə qəyyum təyin edilməsinə sərt etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İmamoğlu iqtidarı "başını itirmək"dəittiham edib: "Hökumət nəzarəti itirib, qeyri-sabit və qeyri-ciddi oyunlar oynayır. Demokratik ölkələrdə seçicilərin iradəsinin davamlılığı vacibdir. Seçilən şəxs vəzifədən uzaqlaşdırılarsa, onun yerinə seçilmiş məclis üvzü gələr. Seçim səlahiyyəti yalnız seçicilərə məxsusdur və başqasına verilə bilməz”.

Xatırladaq ki, adıçəkilən bələdiyyələrin sədriləri PKK-ya gizli dəstək verməkdə ittiham olunaraq bvəzifələrindən uzaqlaşdırılıb. Onların yeirnə isə vali və kaymakamlar təyin edilib.

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью