Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. “Hər şey çox gözəl olacaq” şüarı ilə siyasi səhnəyə çıxaraq İstanbul Böyük Şəhər Bələdi
İddia edilir ki, Ə.İmamoğlu vəzifədə olarkən şəxsi təyyarəsi ilə Kiprə qumar və əyləncə xarakterli səfərlər təşkil edib.
Onun qadın, içki və qumar məclislərində iştirak üçün milyonlar xərcləməsi haqda deyilənlər gündəmi silkələyib.
Bildirilir ki, Əkrəm İmamoğlu məhz yol verdiyi “təyyarə qəzası” səhvi ilə siyasi səhnədə çıxarılır. Bu iddialar nə dərəcədə əsaslıdır?
Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, təyyarə iddiası hələ də təsdiqini tapmayıb: “Türkiyə mətbuatında uzun müddətdir Əkrəm İmamoğlu ilə bağlı müxtəlif məsələlər müzakirə olunur.
İkinci dəfə bələdiyyə sədri seçildikdən sonra, təxminən bir il fəaliyyət göstərən İmamoğlu saxta diplom və fəaliyyətində yol verdiyi qanunsuzluqlarla bağlı saxlanılıb və bir müddətdir həbsdədir.
Araşdırmalar davam etdikcə, saxta diplom iddiaları ilə yanaşı, bələdiyyə vəsaitlərinin hansı istiqamətlərə xərclənməsi barədə sosial şəbəkələrdə və digər platformalarda geniş müzakirələr aparılır.
Bir neçə dəfə məhkəmə qarşısına çıxarılan İmamoğlunun işi hələ də davam edir və onunla bağlı yeni məlumatlar mediaya sızmaqdadır.