Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Martın 19-da səhər saatlarında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu polis bölməsindəki ifadəsi tamamlandıqdan sonra Çağlayandakı İstanbul Məhkəməsinə gətirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) hədəf alan “korrupsiya” və “terror” araşdırmaları çərçivəsində saxlanılan İBB Bələdiyyə sədri Əkrəm İmamoğlu və 91 nəfər polis bölməsində ifadələri tamamlandıqdan sonra məhkəməyə gətirilib.