İmamoğluna görə Fidanla görüşünü ləğv etdi

03.04.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın Strasburq şəhərində Avropa Parlamenti (AP) “Türkiyədə demokratik təzyiqlər və Əkrəm İmamoğlunun həbsi” mövzusunda plenar iclas keçirib.

"Unikal" xəbər verir ki, sessiyada çıxış edən Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos fəaliyyəti dayandırılmış İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbsinə reaksiya vermək üçün Antalya Diplomatiya Forumunda iştirakını və xarici işlər naziri Hakan Fidanla görüşünü ləğv etdiyini açıqlayıb.

Türkiyənin AB-yə namizədlik prosesini vurğulayan Kos, Türkiyədən bu çərçivədə demokratik norma və standartlara əməl etməsini gözlədiklərini ifadə edib.

Gülayə Mecid  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью