İmamoğlunun atası hədəfdə: Evində axtarış aparıldı

08.04.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Korrupsiya istintaqı çərçivəsində həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun atası Həsən İmamoğlunun evində axtarışlar aparılıb.

Globalinfo.az xəbər verir ki, dünən axşam saatlarında Həsən İmamoğlunun Kazdağlarıdakı mənzilində əməliyyat keçirildiyi iddia edilib.

Məlumata görə, təxminən 1 saat davam edən axtarış tədbirləri zamanı evə giriş-çıxışlar nəzarətdə saxlanılıb.

Səbəblə bağlı səlahiyyətlilərdən hələlik rəsmi açıqlama verilməyib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью