İmamoğlunun gizli kassası Yunanıstanda saxlanıldı

10.10.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğlunun işi üzrə axtarışda olan Murat Gülibrahimoğlu oktyabrın 2-də Yunanıstanda saxlanılıb.

Bu barədə “Haber7” məlumat yayıb.

Bildirilib ki, İBB-dəki korrupsiya istintaqı çərçivəsində axtarılan Gülibrahimoğlu 180 milyard türk lirəsi məbləğində mənimsəmədə ittiham olunur. Onun şəxsi təyyarə ilə xaricə pul daşıdığı da iddia edilir.

İstintaq çərçivəsində verilən ifadələrdə Londona pul köçürüldüyü və Gülibrahimoğlunun Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayında rol oynadığı da irəli sürülüb.

Türkiyə Ədliyyə Nazirliyi onun ölkəyə ekstradisiyası üçün hərəkətə keçib. Məhkəmənin qərarına əsasən, Yunanıstanda Gülibrahimoğlunun 40 gün müddətinə müvəqqəti həbsə olunması və Türkiyəyə təhvil verilməsi tələb olunub./Publika.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью