İmamoğlunun həbs qərarı sonrası təəccüblü mesajı: Romanı yandırmaq...

27.10.2025

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Siyasi casusluq” istintaqı çərçivəsində barəsində həbs qərarı çıxarılan Əkrəm İmamoğlu qərardan sonra ilk açıqlamasını “Prezidentliyə Namizədlik Ofisi” hesabı vasitəsilə yayıb.

Turkustan.az xəbər verir ki, İmamoğlu paylaşımında yazıb:

“Heç bir şey real deyil, hər şey mümkündür... Mənim gözəl ölkəmi məhz belə bir vəziyyətə gətirdilər. Hətta Romanı yandırmaq iddiası belə bu cəfəngiyyatdan daha realdır.

Millətimizin gələcəyini məhv etməyə and içmiş bu düşüncə tərzinə qarşı mübarizəmiz indi daha da güclənib. Tək qurtuluş yoxdur; ya hamımız birlikdə, ya da heç birimiz. Heç vaxt ümidini itirmə! Cəsarət, qətiyyət və inamla mütləq uğur qazanacağıq".

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью