İmamoğlunun həbsi lirəyə təsir etmədi Son məzənnə KONKRET

25.03.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə dollar 19 martda kəskin bahalaşandan sonra hazırda 38 lirə səviyyəsində sabitləşib.

KONKRET.az xəbər verir ki, qardaş ölkədə dollar 37,83, avro isə 41,07 lirəyədir.

Qeyd edək ki, 19 martda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından dərhal sonra dollar tarixi maksimuma qalxmış və 40 lirəni keçmişdi. Daha sonra Türkiyə Mərkəzi Bankının birjalara milyardlarla dollar çıxarması ilə lirə yenidən dəyər qazanmağa başladı.

Bu gün Ə.İmamoğlu barəsində həbs qərarı verilsə də, lirənin məzənnəsində dəyişiklik yoxdur.

Qeyd edək ki, İmamoğlu həbs edilməzdən öncə dollar 36,6 lirə civarında idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью