İmamoğlunun həbsindən sonra ilk sorğu: AKP uduzdu

01.04.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya istintaqı çərçivəsində həbsindən sonra ilk sosioloji sorğunun nəticəsi əldə edilib.

Axar.az xəbər verir ki, ORC Araşdırma Mərkəzi 25-27 mart tarixlərində “Bu bazar seçki olarsa, kimə səs verərsiniz” sualı ilə 3160 respondentə müraciət edib.

Nəticələr belədir:

1. CHP - 30,2%

2. AK Partiya - 28,1%

3. MHP - 8,0%

4. DEM - 7,5%

5. Zəfər Partiyası - 5,1% (partiya sədri Ümid Özdağ həbsdədir – red.);

6. İYİ Partiyası – 5%

7. Yenidən Rifah 4,3%

8. Gələcək Partiyası - 2,5%

9. BBP - 2,1% və s.

Qeyd edək ki, İmamoğlunun həbsi ilə CHP-nin səslərini artırdığı üzə çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью