İmamoğlunun həbsinə görə Türkiyədə aksiyalar başladı

19.03.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılması ilə əlaqədar etiraz aksiyaları başlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Cümhuriyyət Xalq Partiyasının çağırışı ilə ölkənin dörd bir yanında protestlərə start verilib.

Məlumata görə, aksiyalar əsasən CHP-li bələdiyyə sədrlərinin olduğu böyük şəhərlərdə, o cümlədən Rize, Manisa, Sinop və s. yerlərdə keçirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbul prokurorluğunun qərarı ilə şəhər meri Əkrəm İmamoğlu saxlanılıb və evində axtarışlar aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью