İmamoğlunun həbsinə Kremldən reaksiya KONKRET

20.03.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“İstanbul meri Əkrəm İmamoğlunun həbsi məsələsi ölkənin daxili işidir”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, sözügedən məsələ Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müzakirə mövzusu olmayacaq.

“Biz yanaşmalar barədə danışmağı xoşlamırıq. Həmçinin başqa ölkələrin işlərinə qarışmırıq”, – Peskov vurğulayıb.

Onun sözlərinə görə, Putin və Ərdoğan arasında bu həftə heç bir təmas planlaşdırılmır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью