İmamoğlunun məhkəməsi: 34 dövlət ittihamçısı ayrıldı

22.03.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ikinci dəfə polisdə ifadə verir.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu iki ayrı istintaq üzrə Əkrəm İmamoğlu da daxil olmaqla, 106 nəfərin həbsi ilə bağlı qərar çıxarıb.

İş üzrə artıq 90 nəfər həbs edilib. Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir. Onun bu gün axşam hakim qarşısına çıxarılacağı gözlənilir.

İBB sədri ötən gün birinci ifadəsini vermişdi.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью