İmamoğlunun mətbuat katibinin saxlanılma anı Video

21.03.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, martın 19-da İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində İstanbul meri Əkrəm İmamoğlu saxlanılıb. Bununla yanaşı, İmamoğlunun mətbuat katibi Murat Ongun və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində saxlanılma qərarı çıxarılıb.

Gununsesi.info – nun “Anadolu” agentliyinə istinadən məlumatına görə, Murat Ongunun saxlanılma və evində aparılan axtarış əməliyyatının görüntüləri paylaşılıb.

Görüntülərdən M.Ongunə və onunla birlikdə evdə olan vəkilinə proseslə bağlı məlumat verildiyini, eləcə də İmamoğlunun mətbuat katibinin evindən aşkar edilən vəsaitləri görmək mümkündür.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью