Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Türkiyənin Dövlət Şurasının (Danıştay) 8-ci Palatası İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun ali təhsil diplomunun ləğvi ilə bağlı məhkəmə qərarını təsdiqləyib.
Yeniavaz.com “BirGün”ə istinadla xəbər verir ki, Danıştay İmamoğlunun universitetlərarası yerdəyişməsini qanunazidd hesab edib.
Qərarda qeyd olunub ki, belə hallarda inzibati qərar müddət məhdudiyyəti olmadan geri götürülə bilər.
Nəşr yazır ki, bu qərar Əkrəm İmamoğlunun prezidentliyə namizəd olmaq imkanının aradan qalxması deməkdir.