İmamoğlunun yaxın adamlarının bank seyfləri ələ keçirildi

21.03.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində prokurorluğun göstərişi ilə 7 şübhəlinin bank seyfləri ələ keçirilib.

Gununsesi.info xəbər verir ki, istintaq çərçivəsində şübhəlilərin müxtəlif banklarda şəxsi seyflərinin olduğu müəyyən edilib.

Şübhəlilərdən Murat Ongun, “İmamoğlu İnşaat və SSB Gayrimenkul”un baş direktoru Tuncay Yılmaz, İBB Baş direktoru Ertan Yıldız və Murat Kapki, reklamçı və tekstil iş adamı Hüseyn Köksal, Emrah Bağdatlı və İBB İdman baş direktoru Fatih Keleşə aid bank seyflərin olduğu müəyyən edilib.

Prokurorluğun təlimatı ilə bank seyflərinin tapılması və ələ keçirilməsi üzrə əməliyyatı həyata keçirilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью