İmamoğluya bu qədər həbs cəzası qoyula bilər

11.04.2025

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Həbs olunaraq işdən çıxarılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlək barəsində söylədiyi sözlərə görə açılan iş 16 iyun saat 10:00-a təxirə salınıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı İmamoğlu bu gün Silivridə Akın Gürlək haqqında söylədiyi fikirlərə görə “terrorla mübarizədə iştirak edən insanları təhdid etmək və hədəfə almaq” ittihamı ilə mühakimə olunur.

Bu halda İmamoğlunun 7 il 4 aya qədər həbs cəzası, səsvermə və seçilmək hüququndan məhrum edilməsi, dövlət vəzifəsində işləməsinə qadağa qoyulması istənilir.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью