İmamoğluya dəstək aksiyalarında saxlanılanların sayı açıqlanıb

22.03.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluya dəstək aksiyalarında 350-yə yaxın şəxs saxlanılıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, dünən gecə İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə baş verən etiraz aksiyalarında iştirak edən 343 şübhəli tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью