“İmarət Avropa” komandanı tək qoymayacaq

29.07.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Məlum olduğu kimi, Avropa Liqasında mübarizə aparan “Qarabağ” cümə axşamı 2-ci təsnifat mərhələsində ÇSKA-nın qonağı olacaq.

ÇSKA azarkeşləri nəinki Bolqarıstanda, hətta bütün qitədə çılğınlığı ilə tanınır. Onlar əvvəlki mərhələdə - “Derri Siti” ilə səfər oyununda da böyük qalmaqal törədib. ÇSKA rəhbərliyi “Derri Siti” ilə ev oyunu ilə müqayisədə (onda azarkeş sayı 12713 olub) bu dəfə stadiona daha çox azarkeş gələcəyinin, mümkün uğursuzluğun qalmaqala səbəb ola biləcəyinin fərdindədi. Bolqarıstanın 31 qat çempionu onu da bilir ki, məlum hadisəyə görə UEFA-nın da gözü klubun üzərindədi. Klub rəhbərliyi 43230 yerlik stadionda azarkeşlərin yerləşdirilməsi ilə bağlı müxtəlif variantları nəzərdən keçirir. İş ondadı ki, bu varianların “Qarabağ” azarkeşlərinə birbaşa aidiyyatı var.
Klub cavab görüşündə B sektorunu açmaq fikrindədi ki, ÇSKA azarkeşləri daha rahat şəkildə yerləşsin. “Qarabağ”ın azarkeşlərinin A sektorunda yerləşdirilməsi, yerli və qonaq fanatlar arasında geniş bufer zonasının yaradılması nəzərdə tutulur. “Derri Siti” ilə iyulun 16-da keçirilən səfər oyununda məhz bufer zonasının olmaması hadisələrin nəzarətdən çıxmasına gətirib çıxarmışdı. Klub rəhbərliyi bütün başqa sektorlara biletlər tükənəndən sonra B sektoruna bilet satmağa başlayacaq.
ÇSKA “Qarabağ” azarkeşləri üçün 800 yer ayırıb. Bəs “köhlən atlar” Bolqarıstan paytaxtında hansı səviyyədə dəstəklənəcək? Bolqarıstanda yaşayan azərbaycanlılar kluba bu yöndə müraciət edibmi? Bu suallara cavab tapmaq üçün klubun mətbuat katibi Anar Həsənovla əlaqə saxladıq:

“Standart şəkildə prosedur açıqlanır. Bizdə illərin təcrübəsidi deyə, azarkeşlər necə davranacaqlarını bilirlər. Çox xüsusi hallarda bizə müraciətlər olur. Sadəcə, müəyyən suallarla müraciət edirlər. Hər şey bilet satışı ilə bağlı elanda qeyd olunub. Bilet satışı ilə bağlı oyuna son bir gün qalmış məlumat əldə edəcəyik”.


İSRAYIL XEYRULLAYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью