Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ”ın ən böyük azarkeş qrupu olan “İmarət” bu gecə “Enfild”də “Liverpul”la qarşılaşacaq komandanı vətənə dönərkən qarşılamağa çağırıb:
“Diqqət ! Hər birinizi “Qarabağ”ı alqışlamağa çağırırıq. “Liverpul”la oyunun nəticəsindən asılı olmayaraq, sabah saat 09.00-da Heydər Əliyev adına hava limanında olacağıq. Hər birinizi Avropada tarixi uğura imza atan komandamızı adına layiq şəkildə qarşılamağa çağırırıq.Yeni qələbələr üçün dəstəyiniz vacibdi. Biz birlikdə güclüyük”.
ORXAN