“İmarət Tayfa” 8 min manat xərclədi, Ayntraxt a gözdağı olan xoreoqrafiya hazırladı

22.01.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“İmarət Tayfa” ayrıca bilet satmır. Biletlər ümumi satılır. Sadəcə, biz nəzarət edirik ki, bizim – 5-ci sektora bilet alanlar oturan adamlar olmasın. Gənc nəsil olsun, sona qədər dəstək verməyi bacarsın. O sektora biletləri “İmarət Tayfa”nın üzvlərinin almasına üstünlük veririk. Çünki həm də bəstələri bilirlər, oxuyurlar. 700-800 nəfər elə öz üzvlərimizdən olur" - bu sözləri "Football-plus.az"a açıqlamasında "İmarət Tayfa"nın rəhbəri Elnur Quliyev deyib.

O. fanklubun Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda "Qarabağ"ın "Ayntraxt"a qarşı keçirdiyi matçda nümayiş etdirilən məlum xoreoqrafiyanın hazırlanma prosesindən də bəhs edib:

"Hər şey əla oldu. Böyük xoreoqrafiya hazırlandı. Buna ciddi maliyyə vəsaiti ayrıldı. 7-8 min manat xərc çıxdı. Bu pulu öx hesabımıza toplamışdıq. Sizin 5-10 saniyə görəcəyiniz xoreoqrafiya üçün 8 min xərcləndi. Onu hazırlamaq günlərlə vaxt aldı. Xarici fanklublarda bu işləri görən xüsusi adamlar var. “Ayntraxt”da klubun işçiləri kömək edir. Bizdə amma öz uşaqlarımız işləyir. Maliyyəni özümüz yığırıq. Qrupumuz var. Ora 300 manat, 200 manat pul atan nə qədər uşaq var idi. 50-100 - kimin nəyə gücü çatırsa, atdı. Ən az pul verən 20 manat atdı".

MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью