İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib

07.02.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Jurnalist İmdad Əlizadə bu gündən - fevralın 7-dən fəaliyyətə başlayan müstəqil “Teleqraf” İnformasiya Agentliyinin baş direktoru təyin edilib.
Modern.az xəbər verir ki, agentlik “Teleqraf” Media Qrupuna daxil olan “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb. 
İmdad Əlizadə 1998-ci ildən mediada çalışır. "İntibah", "Persona", "Həftə içi" qəzetlərində, "Media forum" saytında "Trend" və “Report” İnformasiya Agentliklərində  işləyib.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью