IMF 2025 ci ildən neft və qazın ucuzlaşacağını proqnozlaşdırır

10.04.2025

Icma.az bildirir, Sia Az portalına istinadən.

Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildən etibarən neft və təbii qaz qiymətlərinin tədricən azalacağını proqnozlaşdırır. SİA IMF-ə istinadən xəbər verir ki, 2025-ci ildə bir barel neftin orta qiyməti 78,6 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

Növbəti illərdə bu qiymət azalacaq: 2026-cı ildə 73,5 ABŞ dolları, 2027-ci ildə 71,6 ABŞ dolları, 2028-ci ildə 70,6 ABŞ dolları təşkil edəcək, 2029-cu ildə isə 72 ABŞ dollarına qədər cüzi artım gözlənilir.

Təbii qaza gəlincə, IMF-in hesablamalarına görə, 2025-ci ildə onun qiyməti 1000 kubmetr üçün 517,4 ABŞ dolları təşkil edəcək. Daha sonra davamlı azalma gözlənilir: 2026-cı ildə - 424,7 ABŞ dolları, 2027-ci ildə - 342,2 ABŞ dolları, 2028-ci və 2029-cu illərdə isə 290,2 ABŞ dolları.

IMF-in məlumatına görə, 2024-cü ildə bir barel neftin orta qiyməti 81,2 ABŞ dolları, 1000kubmetr təbii qazın qiyməti isə 389 ABŞ dolları təşkil edib.

Aprel ayının əvvəlindən “Brent” markalı neft təxminən 20 % ucuzlaşıb və bir barel üçün 60ABŞ dolları səviyyəsindən aşağı düşüb.

“Brent” markalı neftin iyun fyuçersləri 1,1 % azalaraq bir barel üçün 64,79 ABŞ dollarına, “West Texas Intermediate” markalı neftin fyuçersləri isə 1 % azalaraq 61,24 ABŞ dollarına enib. Hər iki müqavilə dörd illik minimuma çatdıqdan sonra qismən bərpa olunub və çərşənbə günü 4-6 % artım nümayiş etdirib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin qiyməti 70 ABŞ dollarından hesablanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью