IMF ilin sonuna qədər Ermənistan üçün yeni Stand by proqramını təsdiqləyə bilər

17.10.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Valyuta Fondu (IMF) və Ermənistan 36 aylıq yeni "Stand-by" proqramı ilə bağlı razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə IMF-nin məlumatında deyilir.

Dəyəri 128,8 milyon SDR (təxminən 175 milyon ABŞ dolları) olan proqram ölkədə iqtisadi islahatların dəstəklənməsini davam etdirəcək.

IMF-nin İcraiyyə Şurasının bu ilin sonuna qədər Ermənistan üçün yeni proqramı təsdiqləyəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью