Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir. Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ildə 71,67 milyard dollar təşkil e
"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozunda bildirilib.
Fond 2026-cı il üzrə strateji valyuta ehtiyatlarını 72,36 mlrd. dollar, 2027-ci il üzrə 72,22 mlrd. dollar, 2028-ci ildə 71,75 mlrd.
dollar, 2029-cu ildə isə 72,18 mlrd. dollar proqnozlaşdırıb.
Strateji valyuta ehtiyatlarının əsas hissəsini Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri təşkil edir.
IMF hesab edir ki, ARDNF-in aktivləri 2025-ci ildə 60,91 mlrd. dollar, 2026-cı ildə 61,797 mlrd. dollar, 2027-ci ildə isə 61,864 mlrd.
dollara qədər artacaq. 2028-ci ildə 61,594 mlrd. dollara qədər azalan aktivlər 2029-cu ildə 62,222 mlrd. dollara yüksələcək.
IMF Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarının isə qarşıdakı beş ildə azalan dinamika ilə davam edəcəyini proqnozlaşdırıb.