Icma.az bildirir, Fanat portalına istinadən.
Dünən Misli Premyer Liqasında 6-cı tura yekun vurulub. Komandalar milli fasiləyə yollanıb. "İmişli"nin 2 həftəlik aradan necə faydalanacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "pələnglər"in sözçüsü Bəhruz Musayev məlumat verib:
"Komanda 3 günlük istirahətdən sonra sabah bir araya gələcək. İki yoldaşlıq görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və sınaq qarşılaşmalarının tarixi indilik dəqiqləşməyib".
Qeyd edək ki, "İmişli" 6-cı turda "Sabah"a 1:3 hesabı ilə məğlub olub. Sözügedən kollektiv hazırda 4 xalla turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.
Əlisahib İbrahimli