İmişli 4 futbolçu ilə vidalaşıb

25.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Birinci Liqada mübarizə aparan "İmişli" bir neçə futbolçu ilə yolları ayırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, qış fasiləsində 4 futbolçu komandanı tərk edib.

Söhbət Tərlan Quliyev, Əsgər Hüseynov, Bahadur Həziyev və Elnur Cəfərovdan gedir. Gedənlərin yerinə isə hələ yeni oyunçu dəvət olunmayıb.

Qeyd edək ki, "İmişli" ikinci dövrənin ilk matçında MOİK-lə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью