“İmişli” baş məşqçi seçimini etdi

22.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İmişli” futbol komandası baş məşqçi məsələsinə aydınlıq gətirib. Bölgə təmsilçisi latviyalı mütəxəssis Ervins Perkonsla rəsmi müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bir müddətdir “İmişli”də baş məşqçi vəzifəsini müvəqqəti icra edən Perkonsla altı ay + iki il müddətinə müqavilə bağlanıb.

Beləliklə, latviyalı mütəxəssis komandanın baş məşqçi postunda fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Perkons “İmişli”nin müvəqqəti baş məşqçisi olduğu müddətdə komanda Azərbaycan Kubokunda “Qaradağ Lökbatan”ı 4:1 hesabı ilə məğlub edib. Misli Premyer Liqasının 12-ci turunda isə “Zirə” ilə 2:2 hesablı heç-heçə qeydə alınıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью