İmişli Benfika nın yetirməsi ilə gücləndi RƏSMİ

01.02.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Komanda portuqaliyalı futbolçu Dioqo Kardoso ilə anlaşıb. 24 yaşlı mərkəz hücumçusu artıq “İmişli”nin şərəfini qoruyacaq. Futbolçu ilə 2 il 6 aylıq müqavilə bağlayıb.

Dioqo peşəkar karyerasına Portuqaliyanın “1 Dezembro” klubunda başlayıb, son olaraq isə “Portimonense” U-23 komandasının formasını geyinib. O, eyni zamanda Benfika Akademiyasının yetirməsidir.

Müxtəlif yaş qruplarında “Benfika” U-17 və “Vitoriya” U-19 komandalarında çıxış edən Kardozu güclü futbol məktəbi keçib və bunu meydanda da hiss etdirməyi bacarır.

Xatırladaq ki, hücumçu cari mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 6 qol vuraraq məhsuldar performansı ilə diqqət çəkib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью