“İmişli” bu həftə başlayır

06.01.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Ölkəmizdə futbol mövsümünün ilk yarısına yekun vuruldu. 1-ci liqa klubları da yanvarın sonuna qədər istirahətə çəkilib. Bəs onların hazırlıq planı necədi? İddialılardan “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlova müraciət etdik.

Onun “Football-plus.az”a cavabı:

“Yanvarın 8-i və ya 9-da toplanışa başlayacağıq. Qış fasiləsindən maksimum yararlanmağı düşünürük. Təlim-məşq toplanışını bazada keçirməyi planlaşdırmışıq. Bəzi futbolçularla yollarımızı ayırmışıq. Əlavə oyunçular cəlb edəcəyik. İki və ya üç yoldaşlıq oyunu keçirməyi düşünürük”.


ƏSƏD SEYİDOV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью