İmişli də 18 yaşlı hücumçu

04.02.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"İmişli"də 18 yaşlı hücumçu

"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi Nazim Hüseynovu sıralarına qatıb. 18 yaşlı oyunçu ilə 2 il 6 aylıq müqavilə imzalanıb.

Bildirilib ki, Nazim Hüseynov əsasən 10 nömrə mövqeyində, eyni zamanda sol cinah hücumçusu kimi çıxış edir. Yaradıcı oyun üslubu, texnikası və meydanda qərarvermə bacarığı ilə seçilən futbolçu hücum xəttində komandaya əlavə imkanlar qazandırmağı hədəfləyir.

Gənc futbolçu ölkə futbolunun aparıcı akademiyalarında formalaşıb. Nazim son olaraq “Qəbələ”nin formasını geyinib.

Xatırladaq ki, "İmişli" bunadək Dioqo Kardozunu transfer edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью