İmişli dən ayrılan Morqan digər Azərbaycan klubuna qoşuldu

16.07.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İmişli"dən ayrılan qanalı yarımmüdafiəçi Ezekiel Morqan karyerasını Azərbaycanda davam etdirəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, afrikalı futbolçu 1-ci Liqada çempionluğu hədəfləyən "Səbail"lə anlaşıb.

25 yaşlı Morqanın keçidinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Xatırladaq ki, ötən mövsüm elitaya qayıtmaq istəyinə çata bilməyən "Səbail"də rəhbər dəyişikliyi olub. Baş məşqçi postundan ayrılaraq "Sumqayıt"ın akademiyasına koordinator təyin edilən Adil Şükürovu "Şahdağ Qusar"ın sabiq çalışdırıcısı Elnur Abdullayev əvəzləyib.

Nihat 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью