İmişli etirazlarında tutulan 14 nəfərin həbs müddəti artırılıb

07.04.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İmişlidə polisin maşınla 3 uşaq öldürməsindən sonra baş tutan etirazlarda saxlanılan 14 nəfərin həbs müddəti daha 1 ay artırılıb.

“Abzas Media”nın məlumatına görə, bununla bağlı istintaq orqanının təqdimatını İmişli rayon Məhkəməsi təmin edib. Bundan əvvəl yanvarın 22-də məhkəmə saxlanılan şəxslərin hər biri barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmişdi. Yerli hüquq müdafəçiləri və siyasətçilər həbsləri pisləmişdi.

Qeyd edək ki, yanvarın 18-də Dövlət Yol Polisi avtomobili ölümlə nəticələnən yol qəzası törədib. Hadisə nəticəsində 3 məktəbli ölüb, YPX avtomobilinin sürücüsü isə xəsarət alıb.

Hadisədən dərhal sonra İmişlidə kütləvi etirazlar başlayıb. Bir gün sonra Daxili İşlər Nazirliyi bildirib ki, “ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib”. Etirazlarda iştirak edən 14 nəfər – Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib saxlanılıb. Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib, barələrində həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью