İmişli FK bəyanat yayıb | Icma.az
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "İmişli" Futbol Klubu bəyanat yayıb.
"Cebheinfo.az" xəbər verir ki, bəyanatda deyilir: "Dəyərli “İmişli” Peşəkar Futbol Klubunun azarkeşləri!
Son zamanlar internet resurslarında "İmişli" PFK-ya qarşı əsassız ictimai rəy formalaşdırılmağa çalışılmışdır.
Bu məqsədli şəkildə aparılmaqla yanaşı klubumuzun heç bir dəyərini, vizyonunu və missiyasını əhatə etmir.
Nəzərinizə çatdırmaq istərdik ki, klubun ev oyunlarını oynadığı Heydər Əliyev adına İmişli şəhər stadionu bir dövlət qurumu və bir özəl müəssisənin mülkiyyətindədir.
Bu stadionda bizim klubdan başqa 3 klub II liqa və region liqasında öz oyunlarını keçirir, stadiondan icarə əsasında istifadə hüquqlarına malikdirlər.
Klub rəhbərliyi ötən iki mövsüm ərzində dəfələrlə stadionun mülkiyyətinin alınması üçün müraciətlər etmiş, lakin çox təəssüflər olsun ki, bu müraciətlər öz müsbət həllini tapmamışdır.
Bu mövsüm Klub rəhbərliyi öz şəxsi vəsaitləri hesabına stadionun ot örtüyünü sıfırdan renovasiya etməsinə baxmayaraq, hədsiz yüklənmə (digər klubların da burada müntəzəm məşq və oyunlar keçirməsi) nəticəsində örtük öz keyfiyyətini itirmişdir.
Tam oxu
Xəbəri oxu