İmişli heyətini yeni futbolçu ilə gücləndirib

20.02.2026

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə "Unikal"a klubun mətbuat xidmətindən bildirilib ki, 25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.

O.Fərəcov karyerası ərzində "Şamaxı-2", "Keşlə", "Səbail" klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın "KS CK Troszyn" və "Narew Ostrołęka" kollektivlərində çıxış edib.

Qeyd edək ki, futbolçunun son klubları isə "Baku Sporting" və "Şahdağ" olub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью