İmişli Kaşkilya ilə yollarını ayırdı RƏSMİ

29.06.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İmişli" baş məşqçi Jorj Kaşkilya ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti artırılmayıb. Klub ona göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Bölgə təmsilçisi Kaşkilyanın köməkçiləri Kriştiano De Souza və Gilyerme Kadete ilə də vidalaşıb.

Qeyd edək ki, Jorj Kaşkilya 2025-ci ilin yayında "İmişli"nin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью