Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İmişli” millinin oyunçusunu transfer etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“İmişli” heyətini yeni qapıçı Ayxan Abbaszadə ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qapıçı bölgə təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ayxan peşəkar futbol karyerasına “Turan Tovuz”-da başlayıb və 8 il bu klubun formasını geyinib.
Qeyd edək ki, "İmişli" bu yay Seyxan Fərəcov, Sadiq Məmmədzadə, Bəxtiyar Həsənalızadə, Fərid Nəbiyev, Yusif İmanov, Domingos Sengui Hermenegildo, Yvan Seni və Əkbər Eyubovu da transfer edib.