Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "İmişli"nin sabiq baş məşqçisi Fərid Namazovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı çalışdırıcı "Şamaxı"ya keçib. Namazov bölgə klubunun əvəzedici komandasını çalışdıracaq.
O, bu postda Məqsəd Yaqubəliyevi əvəz edəcək. Onun köməkçiləri də bəllidir.
Ötən mövsüm "Səbail-2"də çalışmış Ramiz Hüseynov və Yaşar Abuzərov Namazova kömək edəcəklər.
Yeni məşqçilər korpusu artıq bu gün komandanı "ASK Arena"da səhər saatlarında baş tutan ilk məşqə çıxarıblar.
Mirağa Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.