sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Cəbrayıl" mübariz komandadı.
Rəqibin heyətində legioner olmasa da, gənclərdən formalaşan yaxşı heyətləri var.
Çox qaçırlar, gözəbaxımlı futbol oynamağa çalışırlar".Bu sözləri Sport24.az-a açıqlamasında"İmişli"nin baş məşqçisi Fərid Namazov deyib.O, Birinci Liqanın 19-cu turu çərçivəsində "Cəbrayıl"ı məğlub etdikləri oyun barədə fikirlərini bölüşüb:"Son turlarda "Cəbrayıl" xal itkilərinə görə 9-cu pilləyə yuvarlanmışdı.
Bu, bizə qarşı təhlükə idi. Futbolçularım tapşırıqların öhdəsindən gəldi. Həftəboyu analiz etdiyimiz kimi oldu. Qolları vaxtında vurduq.
Oyunun böyük hissəsi bizim üstünlüyümüz şəraitində keçdi. Bu, rəqibin zəif olduğu anlamına gəlmir. Sadəcə, bizim oyun modelimiz belədir.
Bütün qarşılaşmalar bizim üçün önəmlidir. Çalışırıq liqadakı rəqiblərin oyunlarına baxaq, nəticələrini izləyək.
Özümüzü də düşünməli, inkişaf etdirməliyik. Yaxşı olduğumuz təqdirdə rəqiblərin xal itirməsi və ya qazanması bizim üçün çox da əhəmiyyət daş
Namazov növbəti turda qarşılaşacaqları MOİK-lə oyundan gözləntilərini də açıqlayıb:"MOİK son turlarda xal itirməsinə baxmayaraq, iddialı kom