İmişli nin çalışdırıcısı: İstədiyimiz kimi oynaya bildik

19.09.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Oyun bizim üstünlüymüzlə keçdi. İstədiyimiz kimi oynaya bildik".

İdman.biz bildirir ki, bu sözləri baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə "Karvan-Yevlax" üzərində 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

"Rəqib qol vurmaq üçün təzyiq edirdi. Amma bunun qarşısını almağı bacardıq. Daha sonra öz oyunumuzu onlara diktə edə bildik. Hesab 2:0 olandan sonra daha rahat oynamağa başladıq. Bilirdik ki, rəqib 1 qol vursa, hesabı bərabərləşdirmək üçün çalışacaq. Bizim qol şanslarımız çox oldu. 3:0 hesabı oyunumza layiq nəticədir", - baş məşqçi bildirib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью