Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Premyer Liqa təmsilçisi "İmişli"nin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən necə istifadə edəcəyi bəlli olub.
Aran təmsilçisinin sözçüsü Leyla Behbudlunun Fanat.Az-a verdiyi məlumata görə, sözügedən kollektiv 3 günlük istirahətdən sonra məşqlərə başlayıb.
Klub rəsmisi debütantın Bakı Olimpiya Stadionunun ehtiyat meydanında hazırlaşdığını və yoxlama oyunu keçirməyəcəyini bildirib.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis Jorje Kaşkilyanın çalışdırdığı kollektiv hazırda 8 xalla turnur cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "İmişli" çempionatın 8-ci turunda Quba Olimpiya Stadionunda "Qəbələ"ni qəbul edəcək.
Nihat