İmişli nin yeni transferində hepatit aşkarlandı EKSKLÜZİV

18.08.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İmişli"nin yay "transfer pəncərəsi"ndə heyətinə qatdığı Domingos Sengui Hermenegildo (Picas) ilə yolları ayrılıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı anqolalı futbolçunun tibbi müayinəsi zamanı hepatit aşkarlanıb.

Bu səbəbdən bölgə təmsilçisi onunla bağlanan müqaviləyə xitam verib.

Qeyd edək ki, Picas "İmişli" ilə 2+1 illik müqavilə imzalamışdı. O, daha əvvəl Anqolanın "Petro Luanda", Portuqaliyanın "Şaveş", "Torreenşe", "Feyrenşe" və "Fafi" klublarında çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью