İmişli ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

19.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə bu klubun formasını geyinib. "İmişli" avqustun 4-də oyunçu ilə vidalaşdığını açıqlamışdı.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью