İmişli Portuqaliyadan oyunçu gətirir: Qanalı yarımmüdafiəçi

13.07.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” legioner axtarışını davam etdirir.

Apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi indi də Portuqaliyanın “Torreense” klubunda çıxış edən Yav Mosesə “elçi” düşüb.

“İmişli” 26 yaşlı dayaq yarımmüdafiəçinin keçidini yaxın günlərdə həll etmək istəyir.

Tərəflər arasında danışıqlar davam edir. Qanalı “Çariti Stars”(Qana), “Aruka”(Portuqaliya) klublarında da çıxış edib.

Onun “Torreense” ilə daha 1 illik müqaviləsi qüvvədədir.

Emreli İngiltərə klubuna qol vurub Braziliyalı hücumçu “Karvan”da - RƏSMİ “Kəpəz” müdafiəçisi ilə müqavilə yeniləyib “Turan Tovuz” – “Traktor” oyununun tarixi bəlli olub I Liqa təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью