Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi portuqaliyalı futbolçu Dioqo Kardozu ilə anlaşıb. 24 yaşlı mərkəz hücumçusu artıq “İmişli”nin şərəfini qoruyacaq. Futbolçu ilə 2 il 6 aylıq müqavilə bağlayıb.
Qeyd edək ki, Dioqo peşəkar karyerasına Portuqaliyanın “1 Dezembro” klubunda başlayıb, son olaraq isə “Portimonense” U-23 komandasının formasını geyinib. O, eyni zamanda Benfika Akademiyasının yetirməsidir.
Müxtəlif yaş qruplarında “Benfika” U-17 və “Vitória” U-19 komandalarında çıxış edən Kardozu güclü futbol məktəbi keçib və bunu meydanda da hiss etdirməyi bacarır.
Xatırladaq ki, hücumçu cari mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 6 qol vuraraq məhsuldar performansı ilə diqqət çəkib.
saytlarin hazirlanmasi