“İmişli” Premyer Liqaya hazırlaşır VİDEO

18.04.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Yeni mövsümdə Premyer Liqada komanda sayı artırılacaq. I Liqada lider olan “Qəbələ” artıq elitada iştirakı təmin edib. Digər namizədlər isə “Karvan” və “İmişli”dir.

“İmişli” 21 turdan sonra 38 xalla 3-cü sıradadır. Komanda 4-cü pillədəki “Zaqatala”nı 10 xal qabaqlayır. Qərara əsasən I Liqanı “üçlük”də bitirən komandalar yeni mövsümdə elitada çıxış edəcək.

“İmişli” Premyer Liqa hazırlıqlarına bir müddətdir, başlayıb. Komandanın ev oyunlarını keçirdiyi stadionda artıq ot örtüyü yenilənib. AFFA klublara lisenziya tələblərini qarşılaşamaq üçün bir illik möhlət veriləcəyini açıqlayıb. “İmişli”nin lisenziya problemi yoxdur və komanda ötən il də elita üçün lisenziya almışdı. Lakin yalnız birinci pillənin Premyer Liqaya yüksəldiyi üçün komanda yenidən aşağı liqada çıxış edib.

Premyer Liqa üçün hazır olan “İmişli”nin stadionundan son durumu təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью