“İmişli” Qubada oynayacaqmı? PFL dən yekun qərar!

10.09.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Sentyabrın 8-də Peşəkar Futbol Liqasının (PFL) təftiş qrupu “İmişli”nin ev oyunlarını Qubada keçirə bilib-bilməyəcəyi ilə bağlı son qərarı vermək üçün həmin rayona yollanmışdı.

Vəziyyətin nə yerdə olduğunu PFL-in Media və marketinq direktoru Sənan Abdullayevdən soruşmuşduq - kiçik işlər qaldığını, yekun qərarın isə dünən PFL-in İdarə Heyətinin iclasında veriləcəyini bildimişdi.
“Football-plus.az” yenidən Sənan bəylə əlaqə saxlayıb:

“Dünən təftişlə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin görüşü oldu. Klubla da yenidən əlaqəyə keçildi. Qalan məsələlər bir daha müzakirə olundu. Düşünürük ki, qeyd etdiyimiz kiçik tamamlama işləri də o vaxta qədər yekunlaşacaq. Beləliklə, “İmişli” bundan sonrakı ev oyunlarını Quba Olimpiya Kompleksinin stadionunda keçirə biləcək. Bura həftəsonu keçiriləcək “Sumqayıt”la qarşılaşma da daxildi”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью